Bu madde henüz onaylanmamıştır.
GİRİŞ
Hazırda inkişaf edən dünyamızın ən aktual mövzularından biri də elektrik avtomobillərinin akkumulyatorlarının qızmasıdır. Bu problem batareyaların həm ömrünü həm də performansını əhəmiyyətli dərəcədə azaldır, nəticədə avtomobilin yavaş enerji toplamasına və bəzi təhlükəsizlik risklərinə səbəb ola bilər.
Biz bu layihədə heç bir enerji sərf etməyən işləyən ekoloji baxımdan təmiz, və texnoloji baxımdan müasir jel əsaslı soyutma sistemi yaratmaqdır. Ekoloji baxımdan təmiz dedikdə, biz burada tullantı bitki yağlarından hazırlanmış jel istifadə edirik, hansı ki ətraf mühit üçün zərərsizdir.
MƏQSƏDİMİZ
Bizim layihəmizdə istifadə olunan materiallar temperatura artdıqca istiliyi udur, və onun aqreqat halının dəyişməsi ilə bu proses sabitləşir. Ənənəvi faza dəyişən materiallar maye halında olduğu üçün bəzi mexaniki sabitlik və sızma problemləri baş verir. Lakin, bizim bu faza dəyişən materiallarımız maye halında deyil, jel formasında olduğu üçün sızmır və dayanıqlıdır.
Jelin tərkibində polivinil spirti (PVA) ilə tullantı bitki yağı fraksiyaları çarpaz bağlanaraq termo-reaktiv bir struktur yaradılır. Bundan əlavə, qrafen və karbon nanoborular kimi nanomateriallar əlavə olunaraq istilik keçiriciliyi əhəmiyyətli dərəcədə artırılır. Hər qramında təxminən 250 Coul istilik udduğuna görə, batareyanın temperaturu 30°C-dən aşağı səviyyədə saxlana bilir.
NECƏ İŞLƏYİR
Hazırlayacağımız jel, ya batareyanın üzərinə örtük şəklində tətbiq olunur, ya da batareyanın yerləşdiyi korpus bu materialdan formalaşdırılır. Batareyanın istiliyi artdıqca, jel bərk haldan maye hala keçir və bunun nəticəsində istilik udulması prosesi baş verir, hansı ki batareyanın qızmasının qarşısını alır.
HƏDƏF KÜTLƏMİZ
Hədəf auditoriyamız Çin-dəki əsas elektrik nəqliyyat vasitəsi (EV) istehsalçılarını – məsələn, BYD, NIO, Geely və Xpeng Motors – əhatə edir. Çin, 2022-ci ildə 6.9 milyondan çox elektrik avtomobili satışı ilə dünyanın ən böyük EV bazarıdır və bu satışlar qlobal EV bazar payının 50%-dən çoxunu təşkil edir.
NƏTİCƏ
Bu layihə əlavə enerji sərf etməyən təbiət dostu və yüksək performanslı bir innovativ jel əsaslı soyutma sistemi təqdim edir. Sadə tətbiqi, uzunmüddətli davamlılığı (25 ilə qədər) və yerli resurslardan istifadə etməsi bu texnologiyanı həm iqtisadi, həm də texnoloji baxımdan olduqca əlverişli edir.
Henüz Tartışma Girilmemiştir
"TEKNOFEST - MechaMinds - Environment and Energy Technologies" maddesi için tartışma başlatın